ASAN Radio YENİ MÖVSÜMDƏ

ASAN Radio YENİ MÖVSÜMDƏ
17:39 19 Sentyabr 2017
91 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radio olaraq “ASAN Radio” sosial, elm, idman, mədəniyyət və digər sahələrində maraqlı, faydalı verilişlər hazırlayaraq dinləyicilərə təqdim edir. İki ilə yaxındır fəaliyyətdə olan 100 FM  həm “ASAN xidmət” mərkəzlərində təmsil olunan, həm də digər  dövlət qurumlarının xidmətləri barədə dinləyiciləri ətraflı məlumatlandırır, vətəndaşlarla dövlət qurumları arasında əlaqəni möhkəmləndirir.

Xəbər istehsalçısı olan “ASAN Radio” məlumatları dinləyicilərə operativ şəkildə çatdırır. Bundan başqa, asanradio.az saytı radionun istehsalı olan audio və videomaterialları, ölkədə, xaricdə baş verən hadisələrlə bağlı xəbərləri oxuculara təqdim edir. 

“ASAN Radio” sosial mediada fəallığı ilə seçilir və internet üzərindən canlı efirlər, videoreportajlar yayımlayır. 

“ASAN Radio” Azərbaycan və dünya musiqisindən seçmələri dinləyicilərə təqdim edir.

 “ASAN Radio” beynəlxalq əlaqələr və radiokörpülər qurur, ölkəmizdə və beynəlxalq miqyasda keçirilən mötəbər tədbirləri canlı yayımlayır, sosial aksiyalarda iştirak edir.

Bu il ASAN Radioda eşidəcəyiniz bəzi proqramlarla tanış ola bilərsiniz. 

 

“ASAN Xəbər”  

I-VI günlər 

08:00 – 19:00

Şənbə: 10:00 - 17:00

Operativ məlumatlar, hadisə yerindən canlı telefon bağlantıları, müsahibələr, reportajlar

 

“OyanASAN” 

I-V günlər 

07:00 – 10:00

Aktual xəbərlər, telefon bağlantıları, müsahibələr, reportajlar, sorğular, müsabiqələr

 

“QəbuldASAN” 

Cümə günü, saat 18:00

Təkrarı: çərşənbə günü, saat 16:00

Yüksək rütbəli dövlət məmurları canlı yayımda vətəndaşların suallarını cavablandırır...

 

“ASAN Cavab” 

 Çərşənbə axşamı saat 18:00

“ASAN xidmət“in əməkdaşları xidmətlərlə bağlı dinləyicilərin suallarını cavablandırır

 

“AvropadASAN”

 Çərşənbə axşamı, saat 18:30 

Təkrarı: cümə axşamı, saat 14:00

Azərbaycanda baş tutan Avropa mədəniyyət tədbirləri...

ADA universitetinin bələdçiliyi ilə...

 

“Texnovasiya”

Cümə axşamı

Saat 17:00

Dövlət elektron xidmətləri, ən son innovativ yeniliklər barədə məlumatlar...

 

 “Radio-körpü” 

Bazar ertəsi

Saat 18:30

Türkiyənin TRT FM radiosu ilə ortaq yayım

 

“Need for Mix”

Cümə günü, saat: 21:00

Təkrarları: şənbə 23:00, bazar 22:00, çərşənbə 23:00 

Dünya çartlarının ən çox sevilən hit musiqiləri DJ-lərin təqdimatında

 

“Selector” 

Şənbə günü, saat 21:00

Təkrarı: bazar günü, saat 16:00

Britaniyanın məşhur ifaçılarının yeni albomları

 

“Ayna”

I-V günlər 

12:00-13:00

Qadın-kişi münasibətləri, sağlamlıq, dəb, müsabiqələr, hədiyyələr 

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283706

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR