Azərbaycanda müasir toxum istehsalı kompleksi tikilir

Azərbaycanda müasir toxum istehsalı kompleksi tikilir
17:57 19 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi Elmi Tədqiqat Tərəvəzçilik və Kartofçuluq İnstitutunun (ETTKİ) nəzdində müasir toxum istehsalı kompleksi inşa edir. Nazirlikdən "Report"a verilən məlumata görə, İsrail təcrübəsinə uyğun qurulan müasir kompleks istixana, toxum emalı məntəqəsi, kartof toxumu bitkisi laboratoriyası və xəstəlik və zərərvericilərin müayinəsi üçün diaqnostika laboratoriyasından ibarət olacaq.
Hazırda kompleksin laboratoriya və inzibati otaqların yerləşəcəyi binasının tikintisi tamamlanmaq üzrədir. Bundan başqa, birbaşa israilli mütəxəssislərin nəzarəti ilə 6,14 ha ərazidə istixanaların quraşdırılmasına başlanıb. İstixanalarla bərabər, 30 ha açıq sahədə müasir damcı ilə suvarma sistemləri quraşdırılacaq. Nazirlik kompleksdə çalışacaq yerli mütəxəssislərin hazırlığı üçün təlimlər keçirilməsini və yeni işçilərin cəlb olunmasını da nəzərdə tutub.
"Müasir toxum istehsalının təşkili yüksək məhsuldarlıq və qida təhlükəsizliyinin təmini üçün vacib amillərdəndir. Yeni istehsal texnologiyalarının tətbiqi bizə yetişdiriləcək məhsulları Avropa və Mərkəzi Asiyanın bazarlarında “Made in Azerbaijan” brendi kimi satışa çıxarmağa imkan verəcək", - deyə məlumatda qeyd edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycanda-muasir-toxum-istehsali-kompleksi-tikilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR