BMT Baş Assambleyasının 72-ci sessiyasında müzakirələr başlayıb

BMT Baş Assambleyasının 72-ci sessiyasında müzakirələr başlayıb
18:27 19 Sentyabr 2017
107 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Dünyada qeyri-sabitlik və münaqişələr dərinləşir. Lakin bu prosesi aradan qaldırmaq mümkündür".
"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasında ümumsiyasi müzakirələrərin açılışı zamanı BMT-nin baş katibi Antonio Qutteriş deyib.
"Birləşmiş Millətlər Təşkilatı ciddi çağırışlarla üzləşir. İnsanlar çətinlik çəkir və əziyyət içindədir. Onlar təhlükəsizlik sahəsinin pisləşdiyinin, bərabərsizliyin, münaqişələrin dərinləşməsinin, iqlimin dəyişməsinin şahidi olurlar", - A.Qutteriş deyib.
A.Qutteriş hesab edir ki, bütün bunlara baxmayaraq, "biz sülhə nail ola biləcəyik".
BMT baş katibinin sözlərinə görə, Suriyada, Yəməndə, Əfqanıstanda baş verən münaqişə və böhranları yalnız siyasi yolla həll etmək lazımdır.
"Biz xaos yaradan və ekstremist münaqişələri həll etməyənədək terrorun kökünü kəsə bilməyəcəyik", - A.Qutteriş əlavə edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bmt-bas-assambleyasinin-72-ci-sessiyasinda-muzakireler-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR