Tramp: "ABŞ təhlükə yaranacağı təqdirdə, KXDR-i tamamilə məhv etmək məcburiyyətində qalacaq"

Tramp: "ABŞ təhlükə yaranacağı təqdirdə, KXDR-i tamamilə məhv etmək məcburiyyətində qalacaq"
19:22 19 Sentyabr 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ "ABŞ özü və ya müttəfiqləri üçün təhlükə yaranacağı təqdirdə, Şimali Koreyanı tamamilə məhv etmək məcburiyyətində qalacaq".
"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə BMT Baş Assambleyasının ümumsiyasi müzakirələri zamanı ABŞ prezidenti Donald Tramp deyib.
"Birləşmiş Ştatlar böyük güc və dözümlülüyə sahibdir. Lakin özümüzü və müttəfiqlərimizi müdafiə etməli olsaq, bizim Şimali Koreyanı tamamilə məhv etməkdən başqa çıxış yolumuz qalmayacaq", - Amerika lideri deyib.
ABŞ prezidentinin fikrincə, Koreya Xalq Demokratik Respublikası (KXDR) özünü məhvetmə siyasətini həyata keçirir.
O, BMT Təhlükəsizlik Şurasının KXDR-ə qarşı yeni sanksiyalarını dəstəklədiyinə görə, Rusiya və Çinə minnətdarlığını bildirib və bu səylərin intensivləşdirilməsinin vacib olduğunu deyib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-abs-tehluke-yaranacagi-teqdirde-kxdr-ni-tamamile-mehv-etmek-mecburiyyetinde-qalacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR