Tramp: “Bu ölkəni məhv etməkdən başqa seçim yoxdur”

Tramp: “Bu ölkəni məhv etməkdən başqa seçim yoxdur”
19:33 19 Sentyabr 2017
150 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ özü üçün təhlükə yaranacağı halda Koreya Xalq Demokratik Respublikasını (KXDR) tamamilə məhv etməyə məcbur olacaq.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 72-ci sessiyasında ümumsiyasi müzakirələrin gedişatında çıxışı zamanı deyib.

“Birləşmiş Ştatlar böyük gücə və səbrə malikdir. Amma əgər özümüzü və müttəfiqlərimizi müdafiə etmək lazım olarsa, Şimali Koreyanı məhv etməkdən başqa seçimimiz qalmayacaq”, - Amerika lideri bildirib.

ABŞ prezidenti hesab edir ki, KXDR-in rəhbərliyi təhlükəli siyasət həyata keçirir.

O, BMT Təhlükəsizlik Şurasında KXDR-ə qarşı sanksiyaların qəbulunda verdiyi dəstəyə görə, Rusiya və Çinə minnətdarlığını ifadə edib. Eyni zamanda qeyd edib ki, Moskva və Pekin səylərini daha da artırmalıdır.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/213917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR