Azərbaycanda davam etdirilən geniş miqyaslı hərbi təlimlərdə ərazinin maketi üzərində fəaliyyətlər icra olunub.
Lent.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, genişmiqyaslı təlimlərin planına uyğun olaraq, ərazinin kəşfi mərhələsindən sonra təlim iştirakçıları maket üzərində qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkilini həyata keçiriblər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə çətin dağlıq relyef şəraitində qoşunların döyüş hazırlığı təcrübəsi nəzərə alınmaqla təlimlərin mərhələlər və vaxt üzrə epizodları işlənilib.