Yer kürəsinin tarixində ən yüksək temperatur müəyyən edildi

Yer kürəsinin tarixində ən yüksək temperatur müəyyən edildi
19:48 19 Sentyabr 2017
234 Ölkə
Ölkə mətbuatı
A- A+

Alimlərin beynəlxalq komandası Kanadada kraterin tədqiqatı zamanı Yer kürəsinin tarixində ən yüksək tempuraturu müəyyən ediblər.

Publika.az xəbər verir ki, bu haqda “Phys.org” bildirib.

Müəyyən edilib ki, qədim meteoritin zərbəsi Yer kürəsinin səthini inanılmaz yüksək temperatura qədər qızdırıb.

Tədqiqatçılar Mistatin zərbə kraterindən götürülmüş nümunələri təhlil ediblər. Krater Kanadanın Labrador yarımadasında yerləşir və diametri 28 kilometrə çatır. Hazırda krater su ilə dolub. Hesab edilir ki, o, təxminən 38 milyon il əvvəl böyük meteoritin düşməsi nəticəsində yaranıb.

Bir qayda olaraq, toqquşmanın izlərini tapmaq müvəffəq olmur. Kosmik cismin qalıqları buxarlanır. Amma alimlər sirkonium-oksidə çevrilən sirkonun izlərini aşkar ediblər.

Alimlər müəyyən ediblər ki, çevrilmə ən azı 2370 dərəcə temperatur zamanı baş verə bilər. Yəni, meteoritin zərbəsi zamanı Yer kürəsində ən azı bu qədər temperatur yaranıb. Belə temperatur planetimizin səthində təbii proseslər zamanı qeydə alınmış ən yüksək temperaturdur.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/213918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR