Bakı. 19 sentyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi oktyabrın 10-dan noyabrın 5-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirəcək.
Nazirlikdən "Report"a verilən məlumata görə, sərgi-satış yarmarkasının açılışı oktyabrın 10-da, saat 12:00-da olacaq.
Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını sentyabrın 19-dan 30-dək şəxsiyyət vəsiqəsi, arıxananın baytarlıq pasportu (şəhadətnaməsi), rayon baytarlıq idarəsindən verilmiş 2 nömrəli şəhadətnamə və rayon kənd təsərrüfatı idarəsindən arıçının qeydiyyatda olması barədə məktubla birlikdə yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər:
Qeyd edək ki, yalnız anbara təhvil verilmiş və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərinin səmərəliliyini artırmaq və vaxt itkisinə yol verməmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcəkdir;
- Lənkəran iqtisadi rayonu üzrə - 18-20 sentyabr
- Kəlbəcər-Laçın və Yuxarı qarabağ iqtisadi rayonları üzrə - 21 sentyabr
- Gəncə-Qazax iqtisadi rayonu üzrə - 22-23 sentyabr
- Şəki-Zaqatala iqtisadi rayonu üzrə - 24-25 sentyabr
- Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə - 26 sentyabr
- Naxçıvan iqtisadi rayonu üzrə - 27-28 sentyabr
- Dağlıq Şirvan iqtisadi rayonu üzrə - 29 sentyabr
- Aran iqtisadi rayonu üzrə - 30 sentyabr
Eyni zamanda 2017-ci il oktyabrın 9-da şəffaflığın təmin edilməsi məqsədi ilə yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.
Əlaqə telefonları; 1652 (Kənd Təsərrüfatı Nazirliyinin çağrı mərkəzi), (012) 498-94-47,