Bakıda və bölgələrdə bal yarmarkası keçiriləcək

Bakıda və bölgələrdə bal yarmarkası keçiriləcək
20:02 19 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ Oktyabrın 10-dan noyabrın 5-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, yarmarkada iştirak etmək istəyən arıçılar məhsullarını sentyabrın 19 –dan 30-dək aşağıda göstərilmiş sənədlərlə birlikdə yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər:
- Şəxsiyyət vəsiqəsi;
- Arıxananın baytarlıq pasportu (şəhadətnaməsi);
- Rayon baytarlıq idarəsindən verilmiş 2 nömrəli şəhadətnamə;
- Rayon kənd təsərrüfatı idarəsindən arıçının qeydiyyatda olması barədə məktub.
Yarmarkada satışa yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar çıxarılacaq.
Sərgi-satış yarmarkasına hazırlıq tədbirlərinin səmərəliliyini artırmaq və vaxt itkisinə yol verməmək məqsədilə arıçılıq məhsullarının anbara qəbulu sentyabrın 18-20-də Lənkəran, sentyabrın 21-də Kəlbəcər-Laçın və Yuxarı Qarabağ, sentyabrın 22-23-də Gəncə-Qazax, sentyabrın 24-25-də Şəki-Zaqatala, sentyabrın 26-da Quba-Xaçmaz və Abşeron, sentyabrın 27-28-də Naxçıvan, sentyabrın 29-da Dağlıq Şirvan, sentyabrın 30-da isə Aran iqtisadi rayonları üzrə keçiriləcək.
Eyni zamanda, oktyabrın 9-da şəffaflığın təmin edilməsi məqsədilə yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatma mərasimi təşkil olunacaq. Maraqlananlar Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və 012-498-94-47 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/bakida-ve-bolgelerde-bal-yarmarkasi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR