"Mançester Siti"yə şad xəbər

"Mançester Siti"yə şad xəbər
10:32 9 Yanvar 2015
200 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti" klubunda Serxio Aquero Edin Dzeko sevinci yaşanır.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, zədədən qayıdan hər iki futbolçu artıq komanda ilə məşqlərə başlayıb.
 
Aquero və Dzekonun gələn həftə Premyer Liqada "Arsenal"la keçiriləcək önəmli görüşdə iştirak edəcəkləri gözlənilir. Bundan başqa, Vinsent Kompaninin də durumunun yaxşı olduğu və bu həftə "Everton"la keçiriləcək oyunda meydana çıxacağı bildirilir.
 
Qeyd edək ki, "Mançester Siti" Premyer Liqanın 21-ci turunda səfərdə "Everton"un qonağı olacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR