Rusiya əhalisinin 96%-i ölkənin iqtisadi siyasətinin dəyişdirilməsi zəruriyyətini bildirib

Rusiya əhalisinin 96%-i ölkənin iqtisadi siyasətinin dəyişdirilməsi zəruriyyətini bildirib
20:22 19 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ Rusiyanın 96,5% çalışan əhalisi ölkənin iqtisadi siyasətinin dəyişdirilməsi zəruriyyətini açıqlayıb. 
"Report" "Rambler News Service" agentliyinə istinadən xəbər verir ki, belə bir nəticəyə Rusiya Prezidenti Yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının İctimai Elmlər İnstitutunun Monitorinq mərkəzinin apardığı sorğu əsasında gəlinib. 
Sorğu nəticəsində ölkə əhalisinin 21,1%-i tam iqtisadi kursun dəyişilməsini, 42,5%-i köklü iqtisadi dəyişikliklər, 22,5%-i isə iqtisadi siyasətdə bir qədər dəyişikliklərin aparılması zəruriyyətini bildirib.
Sorğuda iştirak edənlərin 20,2%-nə görə ölkə iqtisadiyyatının inkişafına sanksiyalar mane olmur. 16,4%-i vergilərin ödənməməsinin iqtisadi artıma təsir etmədiyini düşünüb. Respondentlərin 50,5%-i korrupsiya və rüşvətin iqtisadi artımı əngəllədiyini hesab edib.
Qeyd edək ki, sorğu nəticəsində məlum olub ki, 2017-ci ildə əhalinin 70,8%-i işini itirməkdən narahat olub. Bu göstərici 2016-cı ildə 61,1%, 2004-cü ildə 56,8% təşkil edib.
Sorğuda Rusiyanın 35 subyektində 18 yaşdan yuxarı 1600 respondentin iştirak etdiyi bildirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiya-ehalisinin-96-i-olkenin-iqtisadi-siyasetinin-deyisdirilmesi-zeruriyyetini-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR