Meksikalı heykəltəraş Xorxe Marinin sərgisi başa çatıb

Meksikalı heykəltəraş Xorxe Marinin sərgisi başa çatıb
20:32 19 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ Ötən il oktyabrın 26-dan Bakıda, Heydər Əliyev Mərkəzində nümayişə çıxarılan meksikalı heykəltəraş Xorxe Marinin “Varlığın canlanması” adlı sərgisi başa çatıb.
Meksikanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, paytaxt sakinləri və qonaqlar 11 ay müddətində sənətkarın bürüncdən hazırlanmış on əsəri ilə tanış olmaq imkanı qazanıblar. 
Xorxe Marin əsərlərində insan bədənini dünya ilə bağlayıcı vasitə kimi kəşf etməyə, ətrafı nəzərdən keçirməyə və yaddaşı yaratmağa dəvət edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/meksikali-heykelteras-xorxe-marinin-sergisi-basa-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR