“Bu, böyük müharibənin başlanğıcı olacaq” - DƏHŞƏTLİ XƏBƏRDARLIQ

“Bu, böyük müharibənin başlanğıcı olacaq” - DƏHŞƏTLİ XƏBƏRDARLIQ
20:43 19 Sentyabr 2017
318 Dünya
Ölkə mətbuatı
A- A+

“İraq və Suriyanın ərazi bütövlüyünün ləğv edilməsi nə zaman bitəcəyi məlum olmayan və beynəlxalq miqyas alacaq daha böyük müharibənin alovlanması anlamına gəlir”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirilməsi planlaşdırılan müstəqillik referendumunu şərh edən Türkiyənin müdafiə naziri Nurəddin Canikli deyib.

Onun sözlərinə görə, İraqın ərazi bütövlüyünün pozulması ilə ediləcək dəyişiklik Türkiyə üçün çox ciddi bir təhdiddir.

“Risk faktorlarının artmasına maneə olmaq üçün istənilən addımı atacağımıza heç bir şübhə yoxdur”, - Türkiyənin müdafiə idarəsinin başçısı bildirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/213922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR