Şəmkirdə avtomobil yol kənarındakı maneəyə çırpılıb, xəsarət alan var

Şəmkirdə avtomobil yol kənarındakı maneəyə çırpılıb, xəsarət alan var
21:22 19 Sentyabr 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir. 19 sentyabr. REPORT.AZ/ Şəmkir rayonunda yol qəzası baş verib. 
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb. 
Belə ki, Şəmkir rayon sakini, 1987-ci il təvəllüdlü Cavid Aslanovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/semkirde-avtomobil-yol-kenarindaki-maneeye-cirpilib-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR