Gənc Tamaşaçılar Teatrının aktrisası beynəlxalq diploma layiq görülüb

Gənc Tamaşaçılar Teatrının aktrisası beynəlxalq diploma layiq görülüb
22:32 19 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) aktrisası beynəlxalq diploma layiq görülüb.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ADGTT sentyabr ayının 7-dən 14-dək Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində ənənəvi olaraq keçirilən Türkdilli xalqların VI “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edib.
Teatr sentyabrın 11-də M.Kərim adına Milli Gənclər Teatrının səhnəsində yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” mono tamaşası ilə çıxış edib. “Cəza” tək adamlıq psixoloji oyun dramıdır. Tamaşada əsas və yeganə rolu əməkdar artist Kəmalə Hüseynova ifa edir.
Aktrisa Kəmalə Hüseynova festivalda “İstedadlı ifaya görə” Başqırdıstan Mədəniyyət Nazirliyinin xüsusi diplomuna layiq görülüb. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, tryukların quruluşu isə İsa Əsədova məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/genc-tamasacilar-teatrinin-aktrisasi-beynelxalq-diploma-layiq-gorulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR