Messi "Barselona" - "Eybar" matçında poker edib

Messi "Barselona" - "Eybar" matçında poker edib
02:37 20 Sentyabr 2017
198 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Barselona" futbol üzrə İspaniya çempionatının V turunda "Eybar"ı darmadağın edib.
"Report" xəbər verir ki, Barselona şəhərinin "Kamp Nou" stadionunda keçirilən görüş ev sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.
Kataloniya komandasının heyətində Lionel Messi poker edib, digər iki qolu Denis Suares və Paulinyo vurub. Qonaqların yeganə qoluna Serxi Enriç imza atıb.
"Barselona" bu qələbədən sonra xallarının sayını 15-ə çatdıraraq turnir cədvəlinə liderliyini davam etdirir. "Eybar" 6 xal ilə 13-cü mövqedə qərarlaşıb.
İspaniya - Primyera. 5-ci tur
"Barselona" – "Eybar" - 6:1
1:0 – Messi – 20 (pen), 2:0 – Paulinyo – 38, 3:0 – Suares – 53, 3:1 – Enriç – 57, 4:1 – Messi – 59, 5:1 – Messi – 62, 6:1 – Messi – 87.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/messi-barselona-eybar-matcinda-poker-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR