Maduro Trampı "yeni Hitler" adlandırıb

Maduro Trampı "yeni Hitler" adlandırıb
05:27 20 Sentyabr 2017
171 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro bildirib ki, onun amerikalı həmkarı Donald Tramp beynəlxalq siyasətdə "yeni Hitler"dir.
"Report" xəbər verir ki, bu barədə "EFE Noticias" məlumat yayıb.
"Beynəlxalq siyasətdə yeni Adolf Hitler, özünü dünyanın sahibi hesab edən Donald Trampın arqessiv nitqi Venesuela xalqına qarşı yönəlib, lakin heç kim bizi hədələyə bilməz", — deyə Maduro bildirib.
Amerika lideri BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı insanların aclıq çəkdiyi və demokratik institutların məhv olduğu Venesuelada baş verən hadisələri qəbuledilməz sayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/maduro-trampi-yeni-hitler-adlandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR