Xızıda 350 ədəd partlamamış hərbi sursat tapıldı

Xızıda 350 ədəd partlamamış hərbi sursat tapıldı
06:24 20 Sentyabr 2017
111 Digər
Ölkə mətbuatı
A- A+

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

 

ANAMA-dan Lent.az-a daxil olan məlumata əsasən, sentyabrın 19-da partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 350 ədəd partlamamış hərbi sursat (PHS),  71 ədəd partlamış-yanmış mərmi qalıqları və 1342  kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 499,000 kv.m (49.90 ha) ərazi yoxlanılıb.

 

Məlumata görə, 24 gün ərzində 6 958 ədəd partlamamış hərbi sursat (PHS), 3 665 ədəd partlamış-yanmış sursat qalıqları və 10 818 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 36 827 738  kv.m (3 682.77 ha) ərazi yoxlanılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283731

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR