Azərbaycanın yeraltı anbarlarında 2,2 mlrd. kubmetr aktiv qaz var

Azərbaycanın yeraltı anbarlarında 2,2 mlrd. kubmetr aktiv qaz var
08:32 20 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Hazırda ötən mövsümdən qalıq qazla birlikdə anbarlarda aktiv qazın miqdarı 2,2 milyard kubmetrdir".
"Report" xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev "Azərbaycan" qəzetinə müsahibəsində deyib.
"Ölkədə qaz hasilatının artımı əhali və sənayenin təbii qaz təminatında ciddi dönüş etmək üçün mühüm əsas olub, təchizat şəbəkəsinin əsaslı təmiri üzrə göstəricilər ilbəil artır. Təkcə bu ilin 8 ayı ərzində 40 yaşayış məntəqəsinə təbii qaz verilib, əhali kateqoriyasına aid daha 57376 abonent təbii qazla təmin olunub. Sentyabrın 1-nə olan məlumata görə, ölkə üzrə abonentlərin ümumi sayı 2 milyon 62 mini keçib. Cari ildə 958,3 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, 143,3 kilometr uzunluğunda kəmərlər isə əsaslı təmir edilib. Ötən il ərzində 7805,4 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, 279,4 kilometr uzunluğunda kəmərlər əsaslı təmir edilib, 209 yaşayış məntəqəsinə təbii qaz verilib", - deyə R.Abdullayev qeyd edib.
O, bildirib ki, hazırda respublikada qaz yığım-nəql infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə aparılan işlər uğurla davam etdirilir:
"Ölkənin təbii qazla fasiləsiz təminatında və ixrac imkanlarının genişləndirilməsində yeraltı qaz anbarlarının rolu böyükdür. Dövlət başçısı tərəfindən SOCAR qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulmuş vəzifə müvəffəqiyyətlə yerinə yetirilir, yeni qaz-basqı quyuları istismara verilir, mövcud quyularda təmir-bərpa işləri aparılır. Mövcud qrafikə uyğun olaraq, sentyabrın 1-i tarixinə yeraltı qaz anbarlarına 1,4 milyard kubmetr həcmində mavi yanacaq vurulub. Hazırda ötən mövsümdən qalıq qazla birlikdə anbarlarda aktiv qazın miqdarı 2,2 milyard kubmetrdir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycanin-yeralti-anbarlarinda-2-2-mlrd-kubmetr-aktiv-qaz-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR