Bakıda bal yarmarkası keçiriləcək

Bakıda bal yarmarkası keçiriləcək
09:24 20 Sentyabr 2017
66 Digər
Ölkə mətbuatı
A- A+

 

Kənd Təsərrüfatı Nazirliyi oktyabrın 10-dan noyabrın 5-dək Bakının Xətai rayonu, Nobel prospekti 23 ünvanında (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirəcək.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sərgi-satış yarmarkasının açılışı oktyabrın 10-da saat 12-də olacaq.

 

Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını sentyabrın 30-dək mühafizə olunan anbara təhvil verməlidir. Yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərinin səmərəliliyini artırmaq və vaxt itkisinə yol verməmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə həyata keçiriləcək.

 

Eyni zamanda oktyabrın 9-da şəffaflığın təmin edilməsi məqsədi ilə yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.

       


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283736

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR