Xəsarət alanlar arasında Azərbaycan vətəndaşı varmı?

Meksikada baş vermiş zəlzələ nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bunu Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, zəlzələdən dərhal sonra səfirlik bu ölkədə yaşayan və diplomatik missiyada qeydiyyatda olan bütün vətəndaşlarla əlaqə saxlayıb.

Məlum olub ki, hadisə nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

H.Hacıyev bildirib ki, hər hansı bir fövqəladə hal baş verdikdə Azərbaycan vətəndaşları yaşadıqları ölkədə fəaliyyət göstərən səfirliklərə müraciət edə bilərlər.

Qeyd edək ki, bu gecə Meksikada 7,1 bal gücündə güclü zəlzələ baş verib. //Trend

Qalstuku bu üsulla bağlayın - VİDEO - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR