“Unibank”ın rəhbərliyində dəyişikliklər olacaq

“Unibank”ın rəhbərliyində dəyişikliklər olacaq
09:37 20 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ Oktyabrın 13-də “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq saat 15:00-da Bankın inzibati binasının yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında olacaq.
Yığıncağın gündəliyinə “Unibank”ın kənar auditorunun təyin edilməsi, İdarə Heyətinin tərkibində dəyişikliklərin olunması, nizamnamə kapitalının artırılması, nizamnaməsinə dəyişikliklər edilməsi və xüsusi əhəmiyyətli əqdlər haqqında məsələlər daxildir.
Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 119 685 712 manatdır. Bankın səhmlərinin 41,9%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 2,6%-i Zemfira Cəfərovaya, 19,4%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 24,4%-i Almaniyanın “DEG” - investisiya və inkişaf cəmiyyətinə, 8%-i adları açıqlanmayan qeyri-rezident hüquqi şəxslərə, 2,3%-i adları açıqlanmayan qeyri-rezident fiziki şəxslərə, 1,4%-i isə minaritar səhmdarlara məxsusdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/unibank-in-rehberliyinde-deyisiklikler-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR