“AXA MBASK”ın səhmdarları toplaşacaq

“AXA MBASK”ın səhmdarları toplaşacaq
09:42 20 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ Oktyabrın 16-da “AXA Mbask” Sığorta Şirkəti ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq saat 10:00-da şirkətin Bakı şəhəri, Nobel prospekti, 15, “AZURE” Biznes Mərkəzində yerləşən şirkətin ofisində olacaq.
Yığıncağın gündəliyinə cari məsələlər daxildir. Əlaqələndirici şəxs Teymur Kərimovdur ( tel: (012) 596 55 70 (daxili 336).
Xatırladaq ki, “AXA-Mbask” 1992-ci ildə “Mbask” sığorta şirkəti kimi fəaliyyətə başlayıb, 2010-cu ildə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib. Onun nizamnamə kapitalı 19 733 738 manatdır. Şirkətin səhmləri 100% Fransanın “AXA” qrupunun İspaniyadakı törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros”a məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/axa-mbask-in-sehmdarlari-toplasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR