3-cü dəfə özündən 20 yaş gənc qızla evlənən məşhur aparıcının MÖHTƏŞƏM TOYU - FOTO/VİDEO

3-cü dəfə özündən 20 yaş gənc qızla evlənən məşhur aparıcının MÖHTƏŞƏM TOYU - FOTO/VİDEO
09:48 20 Sentyabr 2017
239 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi dünən Sen Trope kurort mərkəzində 250 nəfərin iştirakı ilə Acun Ilıcalının təmtəraqlı toy mərasimi baş tutub.

Publika.az xəbər verir ki, Şeyma Subaşı ilə evlənən aparıcının toyu bir çox məqamlarla yadda qalıb. İlk növbədə onu qeyd edək ki, toyda Hadisə, Eser Yenenler, Mustafa Sandal, Murad Boz, Aslı Enver kimi bir çox məşhurlar iştirak edib. Səhər qədər davam edən toydan maraqlı kadrları qonaqlar instaqramda paylaşıb.

Şeyma Subaşı toyunda iki gəlinlik dəyişib. Onun birinci gəlinliyi dünya şöhrtəli moda evi “Vera Wang”dan olub. O, salona girərkən sevinc göz yaşlarına hakim ola bilməyib. Şeyma Ilıcalı gəlinlik şəklini instaqramda payalaşaraq ürək sözlərini belə ifadə edib:

“Kaşki qəblimdən və beynimdən keçənləri oxuya bilsəydiniz. Həyatda hər şeyin qismət olduğuna inandım. Bunu da sizinlə paylaşdım. Acunla münasibətlərimiz ərzində hər kəs kimi həm kədərləndim, həm də xoşbəxt oldum. Amma hər kəsdən daha güclü dayandım. Çünki nə yaşadığından asılı olmayaraq sağlamlığımdan, ailədən, dostdan daha önəmli bir şey olmadığını dərk edirəm. Allahın mənim üçün çəkdiyi bu yolda yanımda olan, mənə hər zaman inanan ailəm və dostlarım sizi o qədər çox sevirəm ki! Canımsınız!”

Daha sonra S.Subaşı “Vera Wang”-dan olan sadə gəlinliyini parıltılı və düz kəsimli başqa bir platarla dəyişib. Xatırladaq ki, Aparıcının həyat yoldaşı Fransanın Marsel şəhərində baş tutan rəsmi nikah mərasimində də fərqli tərzdə gəlinlik seçmişdi. Bundan başqa o, rəsmi nikahdan sonra axşam yeməyinə də ağ rəngli paltarda gəlmişdi.

Acun Ilıcalı isə həyat yoldaşı Şeyma Subaşını qonaqlara təqdim edəndə "Instaqram fenomeni, dəyərli həyat yoldaşım Şeyma Ilıcalı" , - deyə təqdim etməsi diqqət çəkib.

Xatırladaq ki, aparıcı və prodüser iki dəfə rəsmi nikahda olub. Onun ilk nikahından bir, ikinci nikahından isə 2 qızı var. TV 8 kanalının direktorunun Şeyma Subaşı ilə olan qeyri-rəsmi nikahından da daha bir qızı dünyaya gəlib. Cütlük arasında 20 yaş fərqi var.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/213959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR