Azərbaycandakı səhmdar cəmiyyətlərdən biri 2 hissəyə bölünəcək

Azərbaycandakı səhmdar cəmiyyətlərdən biri 2 hissəyə bölünəcək
09:57 20 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ Oktyabrın 24-də “Bakı İxtisaslaşdırılmış Mexanizasiya-7” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
“Report” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, yığıncaq müəssisənin inzibati binasının yerləşdiyi Bakı şəhəri, 7-ci mikrorayon, Xarici dairəvi küçəsi, 3121-ci məhəllə ünvanında olacaq.
Yığıncağın gündəliyinə bir qrup səhmdarın Cəmiyyətdən ayrılması və yeni hüquqi şəxs yaratması, bununla əlaqədar nizamnamə kapitalının azaldılması və yeni nizamnamənin təsdiq edilməsi, icra orqanlarının formalaşdırılması, yeni yaradılmış MMC-lərin nizamnamələrinin, bölünmə balanslarının və təhvil aktlarının təsdiq olunması, dəyişikliklərlə əlaqədar sənədlərin hazırlanması, imzalanması və bütün bu işlərlə bağlı səlahiyyətli şəxslərin təyin edilməsi məsələləri daxildir.
Xatırladaq ki, “Bakı İxtisaslaşdırılmış Mexanizasiya-7” ASC 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 598 894 manatdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycandaki-sehmdar-cemiyyetlerden-biri-2-hisseye-bolunecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR