Bel ağrıları və disk yırtıqlarının 1 iynə ilə müalicəsi

Azərbaycanda onurğa, oynaq və diz ağrıları, fəqərələrarası yırtıq xəstəlikləri getdikcə çox yayılan və cavanlaşan xəstəliklərə çevrilməkdədir. Hazırda nəinki yaşlı, gənc nəsil də müxtəlif bel, oynaq, diz, ayaq ağrılarından bu və ya digər şəkildə şikayətçidir. Pasiyentlər isə ağrılarla mübarizədə bir neçə yol arasında seçim etmək məcburiyyətindədir: ya həddən çox ağrıkəsicidən istifadə edib, daxili orqanları sıradan çıxarmaq, ya xalq təbabətinə üz tutmaq, ya da fizioterapiya ilə əməliyyatdan birini seçmək. 

Lakin başqa bir üsul da var ki, bundan çox az adam xəbərdardır. Bu da əzələ, oynaq və onurğa ağrılarının inyeksiya ilə müalicəsidir.

Nevroloq Sevinc Həmidova 2015-ci ildən Bakıda tətbiq etdiyi unikal Proloterapiyanın barədə maraqlı məlumatlar verib və bu müalicə üsulunun faydalarından danışıb:

- Sevinc xanım, əvvəlcə bu terapiya ilə bağlı ümumi məlumat verərdiniz.

- Əslində, bu terapiya ABŞ və Avropada 50 ildən artıqdır ki, uğurla tətbiq olunur. Türkiyədə isə uzman İlker Solmaz tərəfindən başlanılıb. Mənim də proloterapiya ilə tanışlığım doktor İlker Solmazla bağlıdır. Onun işinə olan sevgisi, bu metodla xəstələri sağaltması məndə də maraq və inam yaratdı. Bu metodu Türkiyədə daha dərindən öyrənərək Bakıya gətirdim. Xəstələrim üzərində tətbiq etdikdən sonra uğurlu müalicəyə nail olduğumu görüb, proloterapiyanı daha geniş sahələrdə müalicədə istifadə etməyə başladım.

- Protoloterapiya çətin metoddurmu?

-Xeyr, cəmi 25 dəqiqə vaxt alır. Proleferativ adlanan hüceyrə və toxuma bərpaedici məhlulun bədənə inyeksiya şəklində yeridilməsindən ibarətdir. Bu hipertonik məhlul oynaqlarda, vətərlərin əzələlərə birləşən yerlərində və oynağa yapışma yerlərində keçici mikrobsuz iltihab yaradaraq, orqanizmə siqnal göndərib, həmin nahiyədə zədələnmiş toxumanı bərpa etməyə səfərbər edir. Yəni orqanizm öz-özünü sağaltma mexanizmini işə salaraq müalicəyə başlayır. Bağlarda və qığırdaqlarda yenilənmə yaranır. Bununla da oynaq, vətər, əzələ ağrıları aradan götürülür. 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR