Media Təqib Mərkəzi kimə və nəyə xidmət edir? - VİDEO

Media Təqib Mərkəzi kimə və nəyə xidmət edir? - VİDEO
11:58 20 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Media Təqib Mərkəzi nədir? Siz dəyərli insanlara necə xidmət edir?

Təşkilat, şirkət, şəxs və agentliklərə xidmət göstərmək üçün 1999-cu ildə yaradılan MTM (Media Təqib Mərkəzi) işin keyfiyyəti, sürətli və yenilikçi xüsusiyyətlərilə qısa müddət ərzində sektorda öz yerini tutub.

“Uğurun yolu qiymətləndirmədən keçir” düşüncəsilə hərəkət edən MTM-in missiyası isə “Medianın təqibi və qiymətləndirilməsində ən yaxşı xidmətləri göstərərək sektorun inkişafında mühüm rol oynamaq”dır.

Şirkət yuxarıda da qeyd etdiyimiz kimi 1999-cu ildə İstanbulda yaradıldı. Ancaq qəzet və televiziya kanalları təqib edilirdi.

Xidmətini daha da gücləndirən Media Təqib Mərkəzi 2006-cı ildə Almaniyada nümayəndəliyini, Ankara, İzmir, Bursa, Konya və Adanada şöbələrini açdı.

2013-cü ildə isə Azərbaycanın ilk media təqib mərkəzini açan sektor yenilik olan “səsli xəbər” texnologiyası ilə hər an, hər şəraitdə xəbərləri dinləmə xüsusiyyətini təmin etdi.

Azərbaycanda fəaliyyət göstərən Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi ilə əlaqə qurmaq istəyənlər aşağıdakı nömrələrə müraciət edə bilər:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/213977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR