Bakıda avtoyuma işçisi yumağa gətirilən avtomobili qaçırıb

Bakıda avtoyuma işçisi yumağa gətirilən avtomobili qaçırıb
12:12 20 Sentyabr 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bakıda avtoyuma işçisi yumaq üçün gətirilmiş avtomobili qaçırıb.
Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, hadisə sentyabrın 19-da Sabunçu rayonunun Bilgəh qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə ərazisindəki avtoyuma məntəqələrindən birindən Maştağa qəsəbə sakini Zamin Bağıyevə məxsus “VAZ-21074” markalı avtomobil qaçırılıb.
Avtomobili qaçırmaqda şübhəli bilinən, həmin avtoyuma məntəqəsində işləyən Şərur rayon sakini İsmayıl Yasinli Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsi faktla bağlı araşdırma aparır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-avtoyuma-iscisi-yumaga-getirilen-avtomobili-qacirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR