Rusiya Azərbaycan vətəndaşını ekstradisiya edəcək

Rusiya Azərbaycan vətəndaşını ekstradisiya edəcək
12:27 20 Sentyabr 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ Çelyabinskdə üç il əvvəl həmyerlisindən 50 min dollar oğurlayan Azərbaycan vətəndaşı tutulub.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, o, cəzasını çəkmək üçün vətəninə ekstradisiya olunacaq.
"Müəyyən edilib ki, həmin şəxs 2014-ci ilin mayında Bakıda səfərdə olan zərərçəkmişin etibarından sui-istifadə edərək aldatma yolu ilə ondan 50 min ABŞ dolları oğurlayıb, bununla da külli miqdarda maddi ziyan vurub", - Rusiyanın Çelyabinsk Vilayətinin Prokurorluğunun məlumatında deyilir.
O, 2017-ci ilin martında saxlanılıb və yaxın vaxtlarda Azərbaycanın səlahiyyətli orqanlarına təhvil veriləcək. Həmin şəxs 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/rusiya-azerbaycan-vetendasini-ekstradisiya-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR