Bərdədə mikroavtobusun iştirakı ilə zəncirvari yol qəzası olub, 1nəfər ölüb

Bərdədə mikroavtobusun iştirakı ilə zəncirvari yol qəzası olub, 1nəfər ölüb
12:37 20 Sentyabr 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə. 20 sentyabr. REPORT.AZ/ Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Bakı küçəsində qeydə alınıb.
Belə ki, şəhərdaxili mikroavtobusla "Mercedes" markalı minik avtomobili ilə toqquşub. İdarəetmədn çıxan "Mercedes" markalı avtomobil yolun kənarında dayanan "VAZ-21011" markalı avtomobilə arxadan çırpılıb.
Həmin vaxt  öz maşınının qabağ hissəsində dayanan "VAZ-21011" markalı avtomobilin sürücüsü, Kəlbəcər rayon sakini, 1956-cı il təvəllüdlü Arif Alı oğlu Niftaliyev öz maşının altında qalaraq ağır bədən xəsarətləri alıb. 
Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırlsa da orada ölüb. 
Faktla bağlı araşdərmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berdede-mikroavtobusun-istiraki-ile-zencirvari-yol-qezasi-olu-1nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR