TANAP üzrə işlərin 82%-i tamamlanıb

TANAP üzrə işlərin 82%-i tamamlanıb
12:52 20 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycan qazının Türkiyəyə, buradan isə Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə fiziki işlərin 82%-i tamamlanıb.
"Report" xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev 20 sentyabr neft-qaz sənayesində çalışanların peşə bayramı - "Neftçilər günü" münasibətilə keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, gələn ilin ortalarında TANAP-ın Əskişəhərə qədər olan hissəsi istifadəyə veriləcək.
"Cənub Qaz Dəhlizi layihəsinin Avropa hissəsi olan Trans Adriatik Boru Kəmərinin (TAP) üzrə işlərin yarıdan çoxu icra olunub. Azərbaycan Cənub Qaz Dəhlizi layihəsini vaxtında və yüksək keyfiyyətə həyata keçirmək əzmindədir", - deyə R.Abdullayev əlavə edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/tanap-uzre-islerin-82-i-tamamlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR