Azərbaycan təmiz su ilə bu üsulla təmin ediləcək

Nazirlik əhalinin ekoloji cəhətdən təmiz su ilə təmin etmək üçün atdığı addımları davam etdirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, daha 15 rayonun 100 kəndində (77 min nəfər əhali) modul tipli sutəmizləyici qurğular qoyulacaq. İcraçı şirkət tərəfindən Nazirliyin nəzarəti altında layihələndirmə işləri yekunlaşıb və artıq tikinti işlərinə başlanılıb.

Bununla da ümumilikdə sözügedən fəaliyyət nəticəsində 484 yaşayış məntəqəsində 700 mindən artıq əhali keyfiyyətli içməli su ilə təmin ediləcək.

Qeyd edək ki, 2007-ci ildə qurulmuş ilk modul tipli sutəmizləyici qurğular artıq 10 ildir ki, istismar olunur.

Yerli şəraitə tam uyğunlaşdırılmış texnoloji sxem əsasında sutəmizləyici qurğuların ölkədə istehsalı təşkil edilib. Bu tədbirlər çərçivəsində 2007-2017-ci illərdə 24 rayonun 384 yaşayış məntəqəsində keyfiyyətli içməli su ilə təmin edilmiş əhalinin sayı 625 mini keçib.

7 yaşlı qıza təcavüz edən belə asıldı – VİDEO (18+) - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR