AFFA İntizam Komitəsi "Neftçi" və "Zirə" klublarını cərimələyib

AFFA İntizam Komitəsi "Neftçi" və "Zirə" klublarını cərimələyib
13:02 20 Sentyabr 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsinin bugünkü iclasında Azərbaycan Premyer Liqasının V turunun "Neftçi" - "Zirə" matçı ilə bağlı məsələlərə baxılıb. "Report"un məlumatına görə, qonaq komanda 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat cərimələnib. 
Meydan sahiblərindən isə futbolçu Mirabdulla Abbasov 86-cı dəqiqədə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb. Onun klubuna 200 manatlıq cərimə tətbiq olunub. 
Qeyd edək ki, "Neftçi" növbəti oyununu sentyabrın 24-də səfərdə "Qəbələ"yə qarşı keçirəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-i-ntizam-komitesi-neftci-ve-zire-klublarini-cerimeleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR