Bakıda bu ərazilərdə pulsuz "Wi-Fİ" var

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Baktelecom” tərəfindən reallaşdırılan “İctimai internet” layihəsinin əhatə dairəsi bir qədər də genişləndirilib.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, avqust ayı ərzində Hüseyn Cavid parkı, Səməd Vurğun və Muğan bağları ictimai internet layihəsinin davamı kimi pulsuz wi-fi şəbəkəsi ilə təmin edilib.

Yaxın zamanda Nərimanov parkı və Dədə Qorqud parkı da ictimai internetlə təchiz ediləcək. Artıq, quraşdırma işlərinə başlanılıb.

Pulsuz "Wİ-Fİ"-ya qoşularkən bunlara əməl edilməlidir:

Cihazınızda "Wi-Fİ" siyahısından “Baktelecom”-u seçin; “+994” xanasına mobil nömrənizi yazın və “Next” düyməsini aktivləşdirin; Daxil olan SMS-lə şifrəni “Enter code” xanasına daxil edib, “Next” düyməsini sıxın; Yeni açılan pəncərədə “Connect” düyməsinə vuraraq internetə qoşulun; Qeyd: Əgər sistem sizi avtomatik olaraq giriş səhifəsinə yönləndirmirsə, bu zaman: 1. Portativ cihazınızın yaddaşında qalan “Baktelecom” şəbəkəsini unutmaq əmrini icra edin və bundan sonra şəbəkəyə yenidən qoşulun; 2. Cihazınızda brauzer sistemini açın;

SMS-lə göndərilən şifrə ilə yalnız 1(bir) cihazın pulsuz internetə qoşulması təmin olunur. İstifadəçi 1 saat pulsuz internetdən yararlanır. Bu müddət kifayət etmədikdə istifadəçi gün ərzində daha iki dəfə pulsuz xidmətdən faydalana bilər.

“İctimai internet” layihəsinin əhatə dairəsi:

1. Milli Dənizkənarı park – Bulvar; 2. Dövlət Bayraq Meydanı; 3. Heydər Əliyev Mərkəzinin parkı; 4. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu; 5. “Sahil” bağı; 6. “Sabir” bağı; 7. “Xaqani” bağı; 8. “Axundov” bağı; 9. “Zabitlər” parkı; 10. Qış parkı; 11. “Hüseyn Cavid” bağı; 12. “Səməd Vurğun” bağı; 13. “Muğan” bağı;

 Aysel Yaqubqızı / Metbuat.az

"Siz min manat qazandınız!" - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR