Ağcabədi sakini Türkiyə vətəndaşını rayona apararaq pullarını əlindən alıb

Ağcabədi sakini Türkiyə vətəndaşını rayona apararaq pullarını əlindən alıb
13:22 20 Sentyabr 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ Ağcabədi sakini Türkiyə vətəndaşını rayona apararaq döyüb və pullarını əlindən alıb.
“Report”un xəbərinə görə, bu barədə Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edən Türkiyə vətəndaşı Yaqub Özdilək özü məlumat verib.
O şikayətində bildirib ki, Bakı aeroportunda Ağcabədi sakini olan Elməddin adlı şəxslə tanış olub. Sonra həmin şəxs onu Ağcabədiyə qonaq aparıb. Burada isə Türkiyə vətəndaşını döyərək 8 min Türk lirəsi, 2500 ABŞ dolları və 3000 min manatını alıb.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agcabedi-sakini-turkiye-vetendasini-rayona-apararaq-pullarini-elinden-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR