“Qala Sığorta” baş ofisinin yerini dəyişib

“Qala Sığorta” baş ofisinin yerini dəyişib
13:32 20 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ “Qala Sığorta” ASC-nin baş ofisi yeni ünvanda fəaliyyət göstərir.
“Report” xəbər verir ki, şirkətin baş ofisi indiyə qədər fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 43 ünvandakı “World Business Center” iş mərkəzindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124B ünvanına (H.Vəliyev küçəsi ilə kəsişməyə) köçürülüb.
Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 8,05 mln. manatdır. Şirkətin səhmləri 100% "AzReTəkrarsığorta" ASC-yə məxsusdur. Bu şirkət həm də “Qala Həyat Sığorta” ASC-nin səhmlərinin 91,11%-nə nəzarət edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/qala-sigorta-bas-ofisinin-yerini-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR