Sarkisyandan dünyaya növbəti HİYLƏGƏR YALVARIŞ: “Azərbaycan və Türkiyə bizi...”

Sarkisyandan dünyaya növbəti HİYLƏGƏR YALVARIŞ: “Azərbaycan və Türkiyə bizi...”
13:53 20 Sentyabr 2017
140 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sarkisyan Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycan və Türkiyədən şikayətlənib.

Publika.az
xəbər verir ki, Sarkisyan işğal edilmiş Azərbaycan torpaqlarında yaradılan qondarma “DQR” rejimini müstəqil göstərməyə cəhd edərək, “Qarabağ xalqı”nın pis vəziyyətdə olduğunu deyib. Həmçinin, Azərbaycanın hərbi gücündən qorxduqlarını etiraf edərək, onları qorumaq üçün dünyaya yalvarıb.

Daha sonra erməni prezident qondarma “erməni soyqırımı”na görə Türkiyəni ittiham edib. Həmçinin, Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı 2009-cu ildə imzalanan Surix protokollarının yerinə yetirməməsindən şikayətlənib.

“Bu sənədlər indiyə qədər təsdiqlənməyib və Ankara bizə qarşı ilkin şərtlər irəli sürür”, - deyə o bildirib.

Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyi təqdirdə sərhədlərin açılmasını nəzərdə tutam Surix protokollarını ratifikasiya edəcəyini bəyan edir.

Sarkisyan isə bundan şikayətlənərək, absurd təhdidlə çıxış edib. Bildirib ki, 2018-ci ildə Ermənistan bu sənədləri dəyərsiz hesab edəcək.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/214006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR