Daşkəsəndə canavarlar kəndə hücüm edib, 34 qoyun və 1 inək tələf olub

Daşkəsəndə canavarlar kəndə hücüm edib, 34 qoyun və 1 inək tələf olub
14:02 20 Sentyabr 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşkəsən. 20 sentyabr. REPORT.AZ/ Daşkəsən rayonunda canavarlar kəndə hücumk edib, 34 qoyun və 1 inək tələf olub.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Təzəkənd kəndində yerləşən otlaq sahədə canavarlar mal-qaraya hücüm ediblər.
Kənd sakinlərinin "Report"un Qərb bürosuna verdikləri məlumata görə, ötən gün canavarlar 20-yə yaxın xırdabuynuzlu və 1 iribuynuzlu heyvanı parçalayıb: "Bundən əvvəl canavarlar kənd sakini Orucov Əbülfəz Qəşəm oğlunun təsərrüfatına hücüm edərək ona 6 qoyunu, Telman Cəfərovun təsərrüfatından isə 8 qoyunu parçalayıblar. Ötən 3-4 gün ərzində canavarlar bizim kəndin ərazisində sakinlərə məxsus 34 qoyunu və 1 inəyi tələf edib". 
Kənd sakinləri əlavə edib ki, rayonun Təzəkənd kəndi tez-tez canavarların hücumuna məruz qalır: "Canavarlar mal-qaralarımızı parçalayaraq bizə küllü miqdarda maddi ziyan vurublar. Buna görəndə kəndin sakinləri tüfəng və kənd təsərrüfatı alətləri ilə canavar ovuna çıxıblar".

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/daskesende-canavarlar-kende-hucum-edib-34-qoyun-ve-1-inek-telef-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR