Azərbaycan kənd təsərrüfatı sığortasının stimullaşdırılması ilə bağlı qanun qəbul edəcək

Azərbaycan kənd təsərrüfatı sığortasının stimullaşdırılması ilə bağlı qanun qəbul edəcək
14:37 20 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət Komitəsinin payız sessiyasının iş planına daxil edilib.
"Report" bu barədə Komitənin bu gün keçirilən iclasına əsasən xəbər verir. 
İclasın gündəliyinə 4 məsələ - Komitənin 2017-ci il yaz və nöbədənkənar sessiyasının yekunlarına dair işlər barədə, Komitənin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı, "Azərbaycan Hökuməti ilə Qazaxıstan Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihəsi və "Heyvanlar aləmi haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi daxil edilib.
Bildirilib ki, MM-in Aqrar siyasət Komitəsinin 2017-ci il yaz və növbədənkənar sessiyaları dövründə 7 iclas keçirilib və 14 qanun və qərar qəbul edilib. Payız sessiyasında "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun layihəsi dekabrda müzakirə olunacaq. 
"Heyvanlar aləmi haqqında" qanuna dəyişiklik isə "Elm haqqında" qanuna qanuna uyğunlaşdırma məqsədi daşıyır. Dəyişikliyə əsasən, heyvanlar aləminin elmi tədqiqatı müvafiq elmi müəssisə və təşkilatlar tərəfindən həyata keçiriləcək və "Elm haqqında" qanuna uyğun olaraq maliyyələşdiriləcək. Qeyd edək ki, hazırda heyvanlar aləminin elmi təminatı müvafiq elmi-tədqiqat müəssiləri tərəfindən həyata keçirilir və məqsədli proqramlar əsasında dövlət büdcəsindən və büdcədənkənar ödəmələr hesabına maliyyələşdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycan-kend-teserrufati-sigortasinin-stimullasdirilmasi-ile-bagli-qanun-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR