Azərbaycan: At uşağın cinsiyyət orqanını qopardı

Azərbaycanda rayonlardan birində 13 yaşlı oğlan uşağını at dişləyib. Uşaq cinsiyyət orqanını itirmək təhlükəsi ilə üz-üzə qalıb.

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, bu barədə cərrah Fuad Hüseynov məlumat verib.

O bildirib ki, at uşağın cinsiyyət orqanını demək olar ki, qoparıb. Həkim ailənin istəyi ilə pasiyentinin ad və soyadını, hansı rayondan olduğunu anonim saxlasa da, qeyd edib ki, xəsarət alan uşaq hadisədən sonra rayonda xəstəxanaya çatdırılıb.

Onun xayasından bir neçə tikiş atıldıqdan sonra, uşağı təcili Bakıya göndəriblər. Cərrahın sözlərinə görə, uşaq əməliyyat olub. "Hazırda uşağın vəziyyəti yaxşıdır".

Xatırladaq ki, analoji hal 2014-cü ildə Biləsuvar rayonunda olmuşdu. İt 2004-cü il təvəllüdlü Fərid Ağakişiyevin cinsiyyət orqanını qoparmışdı.

Həmin fotonu təqdim edirik: 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR