Kreml vətəndaşları necə dinləyirdi? – “Vikiliks” hakimiyyəti İFŞA ETDİ

Kreml vətəndaşları necə dinləyirdi? – “Vikiliks” hakimiyyəti İFŞA ETDİ
14:58 20 Sentyabr 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

Məşhur "Vikiliks" portalı Rusiyanın “Piter-Servis” şirkəti haqqında sənədlər seriyasını dərc edib.

Publika.az xəbər verir ki, sənədlərdə şirkətin hakimiyyətə rusiyalıları izləməyə kömək etdiyi göstərilir.

“Piter-Servis” şirkəti Rusiyada mobil telekommunikasiya şəbəkəsi üçün proqram təminatının əsas təchizatçısıdır. Şirkət “Rostelekom”, “Qazprom telekom”, MTS, “MeqaFon”, “Yota”, MTT, “Vodafone” və başqa böyük şirkətlərin müştərisidir. “Vikiliks”in məlumatına görə, şirkət onlara ölkə vətəndaşlarını izləməyə kömək edərək Rusiya hakimiyyəti ilə əməkdaşlıq edir.

Sənədlərə əsasən, şirkət fiziki şəxslərə nəzarət və izləmə üçün texnologiyanı təklif edirdi. “Piter-Servis” hətta telefon söhbətlərinin yazısını və abunəçinin mesajlarını verirdi.

“Vikiliks” qeyd edir ki, “Piter-Servis” qarşılıqlı sərfəli şərtlərlə könüllü şəkildə dövlət idarələri ilə əməkdaşlıq edirdi. Şirkətin 2013-cü ildə etdiyi təqdimat da bu informasiyanı təsdiq edir. “Piter-Servis”in məruzəsində deyilirdi ki, şirkət operator-təchizatçı-axtarış sistemi -biznes-dövlət orqanları ittifaqı çərçivəsində əməkdaşlıq etmək cəhd göstərir.

Dərc edilmiş sənədlər 2007-2015-ci illəri əhatə edir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR