Bakıda Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş müsabiqə başlayıb

Bakıda Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş müsabiqə başlayıb
15:07 20 Sentyabr 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə "Müəllimlərə arzularım" adlı müsabiqəyə başlanılıb.
Bakı Şəhər üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə. "Müəllimlərə olan arzularını yaradıcılığınla ifadə et!" devizi ilə keçirilən müsabiqə ilk təcrübə kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 165 nömrəli tam orta məktəbin şagirdləri arasında təşkil olunub.
Müsabiqənin keçirilməsində əsas məqsəd 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününün müəllim və məktəblilər arasında mənəvi bağlılığa xidmət etdiyini önə çəkmək, müəllim-şagird münasibətlərinin ifadə formalarını inkişaf etdirmək, məktəblilərin müəllimlərə olan arzularının foto, rəsm, inşa, esse, açıqca, məktub və digər müvafiq formalarda çatdırılmasını təmin etməkdən ibarətdir.
Şagirdlər işlərini sentyabrın 30-dək məktəbdə yaradılan komissiyaya təqdim etməlidirlər.
Müsabiqənin nəticələri oktyabrın 5-də açıqlanacaq və qaliblər mükafatlandırılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/beynelxalq-muellimler-gunune-hesr-olunmus-musabiqe-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR