AÇG-nin yeni platformasından ilk neft hasilatına 2023-cü ildə başlanacaq

AÇG-nin yeni platformasından ilk neft hasilatına 2023-cü ildə başlanacaq
15:07 20 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə imzalanan yeni saziş çərçivəsində quraşdırılacaq yeni platformadan ilk neft hasilatına təxminən 2023-cü ildə başlanacaq.
“Report” xəbər verir ki, bu barədə SOCAR-dakı mənbə bildirib.
O qeyd edib ki, yekun investisiya qərarının 2019-cu ildə qəbul edilməsi gözlənilir.
Onun sözlərinə görə, yeni platforma “Mərkəzi-Şərqi Azəri” plaforması adlandırılacaq.
Xatırladaq ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. "AÇG" layihəsində BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.
Qeyd edək ki, sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. 
Saziş Azərbaycan Milli Məclisi tərəfindən ratifikasiya olunmalıdır. Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Statoil" - 7,27%, "ExxonMobil" - 6,79%, TP - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/acg-nin-yeni-platformasindan-ilk-neft-hasilatina-2023-cu-ilde-baslanacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR