Türkiyədə Qənirə Paşayevanın 2 yeni kitabının imza günü keçirilib

Türkiyədə Qənirə Paşayevanın 2 yeni kitabının imza günü keçirilib
15:14 20 Sentyabr 2017
77 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Kırşehir vilayətində millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayevanın yeni çapdan çıxmış 2 kitabının - “Turan yolçusu” və “Aşk yolçusu”nun təqdimatı və imzalanması mərasimi olub. Lent.az-ın məlumatına görə, imzalanma mərasimi Kırşehir Beynəlxalq Kitab Sərgisində keçirilib. İmza mərasimində çoxlu sayda ziyalılar, gənclər, jurnalistlər iştirak ediblər.  

 

Millət vəkili kitabın ərsəyə gəlməsində böyük əməyi olan insanlara, kitabın redaktoru İmdat Avşara və SinerjiPro şirkətinin başçısı Ufuk Aydına təşəkkürünü bildirib.

 

2 saat içində yüzlərlə kitab imzalayan Q. Paşayeva kitablar barədə məlumat verərək gənclərə kitablarına böyük maraq göstərdikləri üçün təşəkkür edib. Dağıq Qarabağ, Axıska, Krım, Kərkük, Türkməndağından, Türk dünyasının problemlərindən danışan millət vəkili gəncləri ortaq tariximizi yaxşı oxumağa, öyrənməyə çağırıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283773

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR