Rusiya millisi Avropa çempionatına çempionluq hədəfi və yeni baş məşqçi ilə gəlir

Rusiya millisi Avropa çempionatına çempionluq hədəfi və yeni baş məşqçi ilə gəlir
15:17 20 Sentyabr 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının qarşısına Avropa çempionatının qalibi olmaq məqsədi qoyulub. "Report"un məlumatına görə, bu barədə TASS-a Ümumrusiya Voleybol Federasiyasının prezidenti Aleksandr Yaremenko bildirib.
Yaremenko deyib: "Minimal vəzifə medal, maksimal vəzifə isə tituldur. Bu vəzifələri komanda qarşısında idarə heyəti qoyub və onları heç kim dəyişməyib".
Artıq Rusiya millisinə Konstantin Uşakov baş məşqçi, Vladimir Kuzyutkin isə böyük məşqçi təyin olunub.
Qeyd edək ki, Azərbaycan və Gürcüstanda təşkil olunacaq Avropa çempionatına sentyabrın 22-də start veriləcək. Rusiya yığması Ukrayna, Türkiyə və Bolqarıstanla eyni qrupda yer alıb. Çempionata oktyabrın 1-də yekun vurulacaq.  

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/rusiya-millisi-avropa-cempionatina-cempionluq-hedefi-ve-yeni-bas-mesqci-ile-gelir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR