Məhəmməd adı Britaniyada yeni doğulan körpələrə qoyulan populyar adlar siyahısında ilk onluqdadır

Məhəmməd adı Britaniyada yeni doğulan körpələrə qoyulan populyar adlar siyahısında ilk onluqdadır
15:32 20 Sentyabr 2017
104 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ Ötən il İngiltərə və Uelsdə körpələrə verilən adlar siyahısında Məhəmməd adı 8-ci yeri tutub.
Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.
Böyük Britaniyanın Milli Statistika Xidmətinin verdiyi məlumata görə, ötən il İngiltərə və Uelsdə bu ad 3908 körpəyə verilib.
Yeni doğulan oğlanlara ən çox Oliver adı verilib (6,6 min).
İlk üç yeri tutan ən populyar adlar arasında şahzadələrin daşıdığı Harri və Corc adları da var. Britanıyalıların üstün verdikləri adlar siyahısında həmçinin Cek, Ceykob, Noy, Çarli, Tomas və Oskar kimi adlar da var.
Ən populyar qadın adları isə Oliviya (5 000-dən artıq), Ameliya (4 700-dən çox) və Emmi (3 500-dən çox) olub.
İlk onluğa həmçinin Ayla, Ava, İzabella, Lili, Cessika, Ella və Miya adları da düşüb.
Ümumilikdə ötən il İngiltərə və Uelsdə 696 000-dən çox uşaq dünyaya gəlib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/mehemmed-adi-britaniyada-yeni-dogulan-korpelere-qoyulan-populyar-adlar-siyahisinda-ilk-onluqdadir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR