Mikayıl Cabbarov: "Bütün mövzular federasiya çərçivəsində müzakirə olunmalıdır"

Mikayıl Cabbarov: "Bütün mövzular federasiya çərçivəsində müzakirə olunmalıdır"
15:42 20 Sentyabr 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Mənə göstərilən etimada görə təşəkkür edirəm. Azərbaycanda qılıncoynatma idman növünün inkişafı və nailiyyətlərin qazanılması üçün əlindən gələni edəcəyəm". 
"Report"un məlumatına görə, bunu Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) prezidenti seçilən təhsil naziri Mikayıl Cabbarov deyib. 
O, AQF-nin qarşısında duran hədəfləri açıqlayıb: "Bu idman növü ilə məğul olan peşəkarlara müraciət edərək deyrəm ki, federasiyanın fəaliyyətini stabil vəziyyətə salmaq və planlaşdırmaların aparılması üçün birlikdə çalışacağıq. Bütün mövzuların müzakirəsinin federasiya çərçivəsində aparılmasını gözləyirəm. Hər hansı məsələ ilə bağlı müzakirələrin ictimai müstəvidə aparılmasının bizim üçün faydasını görmürəm".
Qeyd edək ki, Mikayıl Cabbarov həm də Azərbaycan Badminton Federasiyasının prezidentidir.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/mikayil-cabbarov-butun-movzular-federasiya-cercivesinde-muzakire-olunmalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR