“Accessbank” “myCard” sahiblərinə güzəştlər vəd edir

“Accessbank” “myCard” sahiblərinə güzəştlər vəd edir
16:02 20 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ “Accessbank” QSC alış-veriş etməyi xoşlayan “myCard” plastik kartının sahiblərinə müştərilərinə bir sıra güzəştlər vəd edir.
Bu barədə “Report”a Bankdan bildirilib.
Məlumatda deyilir ki, bu kartlar ilk növbədə depozit funksiyasına malikdir. Onlardan “Accessbank”ın bankomatları ilə komissiyasız nağdlaşdırma etmək mümkündür. “myCard”la edilən ödənişlərə “AccessQazanc” proqramı çərçivəsində “cash-back2 xidməti tətbiq olunur. Yəni, ödənişlərin bir hissəsi müştərinin kartına geri qayıdır. Onlayn bankinq xidmətindən pulsuz istifadə emtəklə kart hesablarına 24/7 rejimində nəzarət etmək və hesabı idarə etmə imkanı var. “myCard” sahibləri SMS-Bankinq xidmətindən 1 illik pulsuz istifadə edə və aparılan hər bir əməliyyat haqqında SMS vasitəsilə məlumat ala bilər. “3D Secure” xidmətinə qoşulma isə bank kartı ilə edilən onlayn-ödənişlərin təhlükəsizliyini yüksək səviyyədə təmin edir.
“myCard” ödəniş kartını “Visa Classic”, “Visa Gold” və “Visa Platinum” növlərində əldə etmək mümkündür. Daha ətraflı məlumatı Bankın rəsmi internet səhifəsindən, “Facebook” və “Twittter” sosial şəbəkələrindəki səhifələrindən və yaxud 151 - Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/accessbank-mycard-sahiblerine-guzestler-ved-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR