Azərbaycan Mərkəzi Bankı 100 mln. manatlıq not yerləşdirib

Azərbaycan Mərkəzi Bankı 100 mln. manatlıq not yerləşdirib
16:07 20 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100261S dövlət qeydiyyat nömrəli, 100 mln. manatlıq, 28 gün tədavül müddəti olan diskontlu notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 17 investor qiyməti 99,2278 manat (10,01%) olan 22 sifariş təqdim edib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 380 976 700 manat təşkil edib.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99,2278 manat (10,01%) müəyyən edilib və notların hamısı yerləşdirilib.
Qiymətli kağızların ödəmə tarixi 18 oktyabr 2017-ci ildir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-merkezi-banki-100-mln-manatliq-not-yerlesdirib-a-a-a-a-a

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR