Səfərbərlik və ehtiyat üçün yaradılmış birlik və birləşmələr yoxlanılıb

Səfərbərlik və ehtiyat üçün yaradılmış birlik və birləşmələr yoxlanılıb
16:19 20 Sentyabr 2017
34 Digər
Ölkə mətbuatı
A- A+

Müdafiə naziri general-polkovnik Zakir Həsənov genişmiqyaslı təlimlərdə iştirak edən qoşunların komplektləşdirilməsi, döyüş uzlaşması, ştat quruluşu və döyüş imkanları barədə müxtəlif səviyyəli komandirlərin məruzələrini dinləyib.

 

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, ehtimal olunan müharibə dövrü də diqqətə alınmaqla səfərbərlik üçün nəzərdə tutulmuş müxtəlif hərbi hissələrin saxlanclarında qorunan döyüş texnikaları, artilleriya qurğuları, eləcə də eşalonlaşdırılmış ehtiyat sursat, mərmilər və digər maddi-texniki vəsaitlərin anbarlarına baxış keçirilib.


Nazir saxlanmaya qoyulmuş hərbi texnikaların döyüşə hazırlıq səviyyəsini, onların imkanları və effektiv istifadəsini yoxlayıb.


General-polkovnik Z. Həsənov həmçinin təlimlərdə iştirak etmək üçün ehtiyatdan çağırılan şəxsi heyətin, texnikaların qəbulu və komplektləşdirilməsi məntəqələrinin fəaliyyəti ilə tanış olub, müvafiq vəzifəli şəxslərin məruzələrini dinləyib və tapşırıqlarını verib.


Müdafiə naziri şəxsi heyətin hazırlığını, təşkilat və idarəetmə bacarığını, eləcə də səfərbərlik üçün nəzərdə tutulmuş və qısa müddətli saxlanmaya qoyulan döyüş  texnikası, silah sursatların texniki vəziyyətini yüksək qiymətləndirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283781

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR